Rusiyaya yardım edən banklara problem yaranacaq
Tarix: 22-12-2023 17:25 | Bölmə: İqtisadiyyat
Rusiyaya yardım edən banklara problem yaranacaq

ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə ilk dəfə ikinci dərəcəli sanksiyalar tətbiq etməyə imkan verən iki icra sərəncamına düzəliş edə bilər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Jurnalistlərin fikrincə, bu, bankların Rusiya ilə əlaqələri səbəbindən artıq sanksiyaya məruz qalmış firmalarla iş apardıqlarına görə ciddi maliyyə cəzaları ilə üzləşmələri deməkdir.

Məlumata görə, bu qərarın bəzi ABŞ banklarına da yeni problemlər yaratması mümkündür.

Bir çox beynəlxalq banklar artıq Rusiya ilə birbaşa fəaliyyət göstərməsələr də, ticarəti maliyyələşdirməyə davam edən üçüncü ölkələrin maliyyə institutları üçün müxbir bank kimi çıxış edə bilərlər.

Qərara əsasən, ticarət davam edərsə, bəzi banklar bu münasibətləri qoruduğu üçün cərimələrlə üzləşəcəklər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər