İcbari sığorta ilə bağlı qərarlara dəyişiklik olunub
Tarix: 22-12-2023 17:42 | Bölmə: İqtisadiyyat
İcbari sığorta ilə bağlı qərarlara dəyişiklik olunub

Nazirlər Kabineti 6 iyul 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bundan sonra Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Daxili İşlər Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.

Bundan başqa, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər