DSMF və İSF-nin gələnilki büdcələri təsdiqlənib
Tarix: 26-12-2023 12:27 | Bölmə: İqtisadiyyat
DSMF və İSF-nin gələnilki büdcələri təsdiqlənib

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 5-də qəbul etdiyi “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanunları təsdiq edib.

Reyting.az
xəbər verir ki, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək.

2024-cü ildə işsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər