Mərkəzi Bank gömrük yığımlarından azad olunub
Tarix: 27-12-2023 11:06 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank gömrük yığımlarından azad olunub

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarından azad edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər