Rusiyanın dondurulmuş aktivlərinin gəlirinə vergi tətbiq olunacaq
Tarix: 23-01-2024 17:27 | Bölmə: İqtisadiyyat
Rusiyanın dondurulmuş aktivlərinin gəlirinə vergi tətbiq olunacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərə verginin tətbiqinə siyasi razılıq veriblər.

Reyting.az
-ın məlumatına görə, “Bloomberg” öz mənbələrinə istinadla bildirir ki, bu təklif həftənin sonunda Aİ ölkələrinin nümayəndələri tərəfindən müzakirə olunacaq.

Agentlik xatırladır ki, Almaniya da daxil olmaqla bir qrup ölkə hüquqi səbəblərə görə Rusiya aktivlərinin müsadirəsinə qarşı olduqlarını bəyan ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər