12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Tarix: 13-10-2025 15:03 | Bölmə: Slayd
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bunu Reyting.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildiriblər.

Məlumata görə, oktyabrın 10-da DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 660 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər