17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
Tarix: 08-10-2025 23:55 | Bölmə: Cəmiyyət
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı işıq üzü görüb.

Reyting.az
xəbər verir ki, kitab “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində nəşr olunub.

Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktoru, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorları Cəsarət Hüseynzadə, Telman İbrahimov, rəyçiləri ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Cəlalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.

Səməd Vəkilov deyib ki, kitabın elektron versiyası Prezident kitabxanasının saytında da yerləşdirilib:

My Webpage

Qeyd edək ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabında 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya tarixi və hüquqi kontekstdə dəyərləndirilib. O, cümlədən deportasiyaya məruz qalmış əhali qrupunun Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolustü və.s. kəndlərdə məskunlaşdırılması ilə bağlı yaşanan ağır şərait, sürgün aktına məruz qalmış icmanın şəxsi hekayələri və bioqrafik məlumatları da yer alıb.




Bölməyə aid digər xəbərlər