12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
Tarix: 13-10-2025 17:14 | Bölmə: Dünya
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib

Son zamanlar Rusiyada terrorçuluq ittihamı üzrə rekord sayda hökm çıxarılıb. Bu işlərlə bağlı araşdırma aparan hüquq müdafiə layihəsi "Birinci şöbə" əməkdaşları bildiriblər ki, bu maddələrlə verilmiş hökmlər rekord həddədir.

Reyting.az
-ın məlumatına görə, araşdırmaçı Kirill Parubetsin deyib ki, 2025-ci ilin ilk altı ayı ərzində hərbi məhkəmələr ən azı 597 hökm elan edib, bu işlər üzrə 659 nəfər məhkum olunub. Bu isə orta hesabla hər iş gününə beşdən çox hökm deməkdir.

Ən çox istifadə olunan, eləcə də çox ağır sayılan 205.2-ci maddə, yəni "terrorizmin təbliği, əsaslandırılması və yaxud da ona çağırış" üzrə 373 hökm çıxarılıb ki, bu da ümumi göstəriciyə görə, 2024-cü ilin 549 hökmünə yaxınlaşır.

Layihənin rəhbəri İvan Pavlovun fikrincə, hakimiyyət hər “terror aktı” adlandırdığı hadisədən sonra bu cür məhkəmə işlərini artırmaqla, "terrorçuları tutmaq əvəzinə, şərhçiləri cəzalandırır".

Qeyd olunur ki, "terrorçuluq" işlərinin böyük hissəsi əslində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır. Bu səbəbdən də hərbi komissarlıqların, rabitə avadanlıqlarının, polisin avtomobillərinin yandırılması Rusiyanın ərazisində törədilmiş "terror aktı" kimi qiymətləndirilir. Ukrayna ilə yaxın əlaqəsi olan bəzi birliklərə göndərilən ianələr isə "terrorun maliyyələşdirilməsi" maddəsi ilə ağır cinayət hesab olunur.

Ümumilikdə müharibə başlayandan bəri Rusiyanın ərazisində 2590 "terrorçuluq işi” üzrə 2901 nəfər məhkum edilib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər