07:12 / 08-10-2025
Kreml Trampa ümid bəsləyir
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
Tarix: 08-10-2025 09:29 | Bölmə: İqtisadiyyat
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Reyting.az
İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.




Bölməyə aid digər xəbərlər