Ən çox şikayət edilən bank hansıdır? - Mərkəzi Bankdan açıqlama
Tarix: 10-10-2025 09:18 | Bölmə: İqtisadiyyat
Ən çox şikayət edilən bank hansıdır? - Mərkəzi Bankdan açıqlama

Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Mərkəzi Bankdan Reyting.az-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " YapıKredi Azərbaycan" QSC olub. Bank 3,89 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində "YeloBank" ASC 3,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.

"Accesbank" 1,53 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə "Azər-Türk Bank"ın şikayət indeksi isə 1,47 olub.




Bölməyə aid digər xəbərlər