12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
Milyonlarla insan qaranlıqda qalıb
Tarix: 13-10-2025 12:53 | Bölmə: Dünya
Milyonlarla insan qaranlıqda qalıb

Bu gün Ukraynanın iki vilayətində elektrik enerjisi kəsilib.

Reyting.az
xəbər verir ki, bu barədə DTEK-in “Telegram” kanalı bildirib.

Bu bölgələr Dnepropetrovsk və Donetsk vilayətləridir.

Məlumata görə, “Ukrenerqo”nun sifarişi ilə Dnepropetrovsk və Donetsk vilayətlərində fövqəladə elektrik enerjisi kəsilib.

Bu arada Poltava vilayətində elektrik enerjisinin fövqəladə kəsilməsi qrafiki həyata keçirilib.

“2025-ci il oktyabrın 13-də səhər saat 9:07-dən başlayaraq Poltava vilayətində (GAO) fövqəladə elektrik enerjisinin kəsilməsi qrafiki tətbiq edilib. Tədbirlərə səbəb Rusiyanın enerji obyektlərinə hücumlarının nəticələridir. Elektrik enerjisinin paylanması xidmətləri fövqəladə vəziyyət aradan qaldırıldıqdan və müvafiq göstərişlər alındıqdan sonra bərpa olunacaq”,- deyə məlumatda qeyd olunur.

Bundan başqa, səhər saat 8:48-dən etibarən Kirovoqrad vilayətində də fövqəladə elektrik enerjisi kəsilib. Eyni zamanda Sumı vilayətində fövqəladə elektrik enerjisinin kəsilməsi qrafikləri həyata keçirilib.

“Hazırda hər hansı məhdudiyyətin tətbiqinin əsas səbəbi Rusiyanın Ukrayna xalqına qarşı hərbi təcavüzü və Rusiya ordusunun atəşə tutması nəticəsində enerji obyektlərinə ziyan vurmasıdır”, - deyə məlumatda bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər