Səfər Mehdiyevin polkovnik qohumu Gömrük Komitəsini məhkəməyə verib
Tarix: 16-02-2024 16:23 | Bölmə: İqtisadiyyat
Səfər Mehdiyevin polkovnik qohumu Gömrük Komitəsini məhkəməyə verib

Azərbaycanın Türkiyədəki səfirliyində Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş nümayəndəsi (gömrük attaşesi) Əliqulu Cəfərovla qurum arasında əmək münasibətlərinə dair mübahisə yaranıb.

Reyting.az
“Qaynarinfo”-ya istinadla bildirir ki, Əliqulu Cəfərov DGK-ni məhkəməyə verib.

İş hazırda Əliqulu Cəfərovun iddiası əsasında apellyasiya mərhələsində, hakim Kamran Əkbərovun icraatındadır.

İddialara görə, Ə. Cəfərov işə bərpa olunmasını istəyir.

Başqa məlumatda isə mübahisənin əmək və məzuniyyət haqqı ilə bağlı olduğu bildirilir.

Məlumata görə, Ə. Cəfərov DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın qohumudur. O, 2020-ci ildə S. Mehdiyevin müvafiq əmri ilə Azərbaycanın Türkiyədəki səfirliyində gömrük attaşesi vəzifəsinə təyin edilib.

Gömrük polkovniki olan Ə. Cəfərov buna qədər DGK-nın Daxili təhlükəsizlik idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, S. Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər