ABŞ şirkəti Rusiya nefti ilə bağlı gizli danışıqlar aparır
Tarix: 27-08-2025 12:28 | Bölmə: İqtisadiyyat
ABŞ şirkəti Rusiya nefti ilə bağlı gizli danışıqlar aparır

Amerikanın “ExxonMobil” korporasiyası “Saxalin-1” neft yatağının işlənməsini bərpa etmək üçün Rusiyanın “Rosneft” şirkəti ilə gizli danışıqlar aparır.

Reyting.az
xəbər verir ki, məlumatı ABŞ-nın nüfuzlu “Wall Street Journal” nəşri yayıb.

Məlumata görə, “ExxonMobil”-in yüksək vəzifəli icraçısı ABŞ və Rusiya hökumətlərinin Ukraynada sülh prosesinin bir hissəsi kimi “yaşıl işıq” yandıracağı təqdirdə bu məsələnin həyata keçirilməsini müzakirə edib.

Danışıqlara “Exxon” şirkətinin vitse-prezidenti Nil Çapman rəhbərlik edib.

“Exxon”-un baş direktoru Darren Voodsın da Donald Trampla “Exxon”-un Rusiyaya mümkün qayıdışını müzakirə etdiyi bildirilir.

Danışıqlar bu ilin yanvarında, Trampın andiçmə mərasimindən sonra intensivləşib. Fevral ayında Nil Çapman ABŞ sanksiyaları altında “Rosneft”in baş direktoru İqor Seçin Qətərin paytaxtında qapalı görüş keçirib.

Seçin Rusiya prezidenti Putinin yaxın adamıdır və ABŞ sanksiyaları altındadır.

Onu da qeyd edək ki, Alyaskada sammit baş tutanda Putin “Exxon”-un geri dönməsinə mane olan maneələrdən birini aradan qaldıran fərman imzalayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər