Avropanın iki ölkəsi Rusiya aktivlərinin müsadirəsinə qarşıdır
Tarix: 27-08-2025 09:53 | Bölmə: İqtisadiyyat
Avropanın iki ölkəsi Rusiya aktivlərinin müsadirəsinə qarşıdır

Almaniya kansleri Fridrix Merz və Belçikanın baş naziri Bart de Vever Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş aktivlərinin müsadirə edilməsini istəmirlər.

Reyting.az
“Bild” nəşrinə istinadla bildirir ki, onlar bu barədə Berlindəki görüşdən sonra məlumat veriblər.

Merz deyib ki, Rusiya aktivlərinin müsadirəsi Avropa maliyyə bazarına mənfi təsir göstərə, digər ölkələr öz ehtiyatlarını geri çəkməyə başlaya bilərlər.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankına məxsus təxminən 210 milyard avro Avropa İttifaqında dondurulub. Hazırda bu vəsaitlərin gəliri Ukrayna üçün silah-sursat alınmasına yönəlib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər