Rusiyaya qarşı 19-cu sanksiyalar paketi hazırlayırlar
Tarix: 14-08-2025 16:39 | Bölmə: İqtisadiyyat
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi hazırlayırlar

Avropa Komissiyası sentyabrda Rusiyaya qarşı məhdudiyyətlərin 19-cu paketi ilə bağlı razılığa gəlmək istəyir.

Reyting.az
-ın məlumatına görə, Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə deyib ki, artıq Rusiyaya qarşı 18-ci sanksiya paketi qəbul olunub və hazırda 19-cu sanksiyalar paketi üzərində çalışırlar.

O, ümid edirik ki, gələn ay onu qəbul edə biləcəklər.

Podesta bu paketin məzmununu açıqlamaqdan imtina edərək, Avropa Komissiyasının sanksiyalar təsdiqlənənə qədər bu məsələni şərh etmədiyini vurğulayıb.

O, həmçinin Ukraynada diplomatik tənzimləmə çərçivəsində atəşkəs olacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların yumşaldılması ehtimalını tamamilə istisna edib.

"Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiya təzyiqini tam şəkildə davam etdirəcəyik, qalan hər şey sırf spekulyasiyadır", - o deyib.

Avropa Komissiyasının sözçüsü 19-cu sanksiyalar paketinin hazırlanma mərhələsini şərh etməsə də, iddia edir ki, Brüssel Rusiyaya qarşı sanksiyaların effektivliyinə inanır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər