ABŞ-la iqtisadi müharibə Rusiya üçün pis nəticələnə bilər
Tarix: 27-08-2025 11:33 | Bölmə: İqtisadiyyat
ABŞ-la iqtisadi müharibə Rusiya üçün pis nəticələnə bilər

“Mən Rusiya ilə Ukrayna arasında sövdələşmənin baş tutmasını istəyirəm, bunu etməli olsam, çox, çox ciddi şeylərə hazıram”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“İqtisadi sanksiyalardan danışırıq. Bu, dünya müharibəsi olmayacaq. Amma iqtisadi müharibə olacaq. İqtisadi müharibə isə pis olacaq. Bu, Rusiya üçün pis olacaq. Mən bunu istəmirəm. Mən bu barədə düşünməliyəm”,- deyə Tramp xəbərdarlıq edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər