16:14 / 25-08-2025
Vəhşi təbiət... - Fotolar
15:29 / 25-08-2025
Putin Trampı aldadır
"Coca-Cola" nəhəng şəbəkəni satmaq istəyir
Tarix: 25-08-2025 18:56 | Bölmə: İqtisadiyyat
"Coca-Cola" nəhəng şəbəkəni satmaq istəyir
"Coca-Cola" şirkəti "Costa Coffee" şəbəkəsini satmaq planını nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "Sky News" telekanalı adını çəkmədiyi mənbələrə istinadla yayıb.

Hazırda Atlantada qərargahı yerləşən Amerika şirkəti investisiya bankı “Lazard” ilə birlikdə bir çox variantları araşdırır. Bunlara 2018-ci ildə 5 milyard dollardan çox vəsaitə aldığı britaniyalı böyük, həm də tanınmış qəhvə şəbəkəsi olan "Costa Coffee"-nin mümkün satışı da daxildir.

Qeyd olunur ki, "Coca-Cola" bir neçə potensial alıcı ilə ilkin danışıqlar aparıb, onların arasında özəl investisiya şirkətləri də var.

Məlumata görə, ilkin təkliflər payızın əvvəlində gözlənilir. Lakin bununla belə, ehtimal edildiyi kimi, "Coca-Cola" sonda bu satışdan imtina da edə bilər.

Dünyaca məşhur "Costa Coffee" şəbəkəsi əlli ölkədə fəaliyyət göstərir. Tək Böyük Britaniya və İrlandiyada 2700-dən çox kafe, bundan əlavə, dünyada təxminən 1300-dən çox satış nöqtəsi mövcuddur.

Xatırladaq ki, "Coca-Cola" bu şəbəkəni altı il əvvəl əldə etmişdi. Məqsəd daha sağlam içkilərin istehsalını gücləndirmək və qlobal qəhvə bazarında "Starbucks"-a rəqib olmaq idi.

Onu da qeyd edək ki, hazırda ABŞ-da ərzaq şirkətləri səhiyyə naziri olan kiçik Robert Kennedinin "Amerikanı yenidən sağlam edək" kampaniyasına cavab olaraq şəkər məhsuluna daha da faydalı əvəzedicilər axtarır. İyul ayında isə prezident Donald Tramp bildirmişdi ki, "Coca-Cola" şirkəti ABŞ-da həqiqi qamış şəkərindən istifadə etməyə razılaşıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər