12:16 / 26-08-2025
Sabah hava yağışlı olacaq
ABŞ və Rusiya enerji sazişlərini müzakirə edir
Tarix: 26-08-2025 12:10 | Bölmə: İqtisadiyyat
ABŞ və Rusiya enerji sazişlərini müzakirə edir

Ukraynada sülhə nail olmaq üçün bu ay keçirilən danışıqlarda ABŞ və Rusiya rəsmiləri bir sıra enerji sazişlərini müzakirə ediblər. Bununla onlar Moskvanı Ukraynadakı müharibəni dayandırmağa, Vaşinqtonu isə sanksiyaları yumşaltmağa sövq etməyə çalışıblar.

Reyting.az
“Reuters” agentliyinə istinadla bildirir ki, rəsmilər “Ekson” mobil şirkətinin Rusiyanın “Saxalin-1” neft-qaz layihəsinə qayıtması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, Rusiyanın Qərbin sanksiyaları altında olan “Arctic LNG 2” kimi LNG layihələri üçün Amerika avadanlıqlarının alması məsələsi məsələsi müzakirə olunub.

Başqa bir fikir ABŞ-nın Rusiyadan nüvə buzqıran gəmiləri almasıdır.

Danışıqlar ABŞ səfiri Stiv Vitkoffun avqustun əvvəlində Moskvaya səfəri zamanı Vladimir Putin və onun investisiya elçisi Kirill Dmitriyevlə görüşü zamanı baş tutub. Məsələlər Ağ evdə ABŞ prezidenti Donald Trampla da müzakirə olunub. Sövdələşmələr avqustun 15-də Alyaska sammitində də qısa şəkildə müzakirəyə çıxarılıb.

“Ağ ev həqiqətən də Alyaska sammitindən sonra böyük bir investisiya müqaviləsi elan etməklə manşetlərə çıxmaq istəyirdi ki, Tramp nəsə bacardığını hiss etsin”,- deyə rəsmilərdən biri əlavə edib.

Ağ ev rəsmisi razılaşmalarla bağlı suallara cavabında deyib ki, Tramp və onun milli təhlükəsizlik komandası müharibəni bitirməkdən ötrü ikitərəfli görüş keçirmək üçün Rusiya və Ukrayna rəsmiləri ilə əlaqə saxlamağa davam edirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər