Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Şaraa Əsədi geri almaq istəyir
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-05-2016 18:49 | Bölmə: İqtisadiyyat

İqtisadçı-ekspert Rövşən Ağayev "Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) maliyyə vəziyyətini düzəltmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (AMB) 3 milyard manat ayrılması fonunda qurumun 2015-ci ilə aid hesabatını təhlil edib.
Reyting.az xəbər verir ki, o, bu barədə "Facebook” sosial şəbəkəsindəki profilində yazıb.
Xatırladaq ki, 3 milyard manatlıq borcun 2,5 milyard manatı 2015-ci ildə götürülüb, qalan 500 milyon manat isə çox güman ki, bu il alınacaq. İllik 0,15 faizlə cəlb edilmiş vəsait 2045-ci ildə qaytarılmalıdır.
İqtisadçı bildirib ki, ötən il AMB-nin ehtiyat vəsaitlərini yönəltidiyi ticarət qiymətli kağızları içərisində ABŞ Xəzinədarlığının notlarına üstünlük verilib: "Ticarət qiymətli kağızları qiymətlər və ya ticarət marjasında qısamüddətli dəyişikliklər hesabına mənfəət əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və qısamüddətli mənfəətin əldə edilməsi üçün portfelə daxil edilmiş qiymətli kağızlardır. Bank qiymətli kağızları aldıqdan sonra onları qısa müddət ərzində satmaq niyyətində olarsa, həmin qiymətli kağızları ticarət qiymətli kağızları kimi təsnifləşdirir. 2015-ci ildə ticarət qiymətli kağızların növü kimi ABŞ Xəzinədarlığının notlarına yatırım 2014-cü ilə nisəbətən 5 dəfədən çox artaraq 808 milyon manata çatıb. Əvəzində Britaniya xəzinə notlarına yatırılan ehtiyatlar 3 dəfədən çox azaldılaraq 106 milyon manata enib”.
İqtisadçı-ekspert qeyd edib ki, AMB ödəniş tarixinə qədər saxlanılan investisiyalara yatırım etməyib:
"Halbuki 2014-cü ildə bu qəbildən olan qiymətli kağızlarda 3.3 milyard manat ehtiyat saxlanmışdı. Ödəniş tarixinə qədərədək saxlanılan investisiyalara Mərkəzi Bankın ödəniş tarixinə qədər saxlamaq niyyəti ilə aldığı qeyri-törəmə maliyyə aktivləridir”.
Rövşən Ağayev həmçinin bildirib ki, AMB satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə yatırımları 5 dəfədən çox artıraraq 1 milyard 191 milyon manata çatdırıb: "Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə AMB-nin qeyri-müəyyən müddət ərzində saxlamaq niyyətində olduğu investisiya qiymətli kağızları daxildir. Bu çərçivədə 2015-ci ildə İpoteka Fondunun istiqrazlarına 336 milyon manat, Kapital Bankın buraxdığı istiqrazlara 16,4 miıyon manat, Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlara 355,5 milyon manat yatırılıb”.
R.Ağayevin sözlərinə görə, ötən il banklara verilən kreditlər kəskin artıb: "Belə ki, 2014-cü ildə AMB-dən kommersiya banklarına verilən kreditlərin həcmi 3,5 milyard manat, 2015-də isə 6,3 milyard manat təşkil edib.2015-ci ildə banklara kreditlərin təxminən 60 faizi hökumətin zəmanəti ilə verilib. Hesabatda məlumat verilmir, amma böyük ehtimalla hökumət öz mülkiyyətində olan banklara, ilk növbədə ağır vəziyyətdə olan ABB-yə zəmanət verib”.
İqtisadçı yazır ki, AMB-nin 2015-ci ildə kommersiya banklarına verdiyi kreditərin təxminən 1 milyard 23 milyon manatı və ya bütün kreditlərin 16 faizi vaxtı keçmiş və ya dəyərdən düşmüş kreditlər olub. Halbuki 2014-cü ildə həmin göstərici 20 dəfə az - 50 milyon manat ətrafında olub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər