Sanksiyalar təsirsizdir: Çexiya Rusiyadan neft alışını artırır
Tarix: 15-10-2024 10:48 | Bölmə: İqtisadiyyat
Sanksiyalar təsirsizdir: Çexiya Rusiyadan neft alışını artırır

Çexiya Ukraynadakı münaqişəyə və anti-Rusiya sanksiyalarında iştirakına baxmayaraq, Rusiyadan neft və qazı aktiv şəkildə almağa davam edir.

Reyting.az
xəbər verir ki, Demokratiyanın Öyrənilməsi Mərkəzinin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan bəri Çexiya bu resurslara 7 milyard avrodan çox vəsait xərcləyib. Bu isə Çexiyanın Ukraynaya verdiyi yardımdan 5 dəfə çoxdur. Xüsusilə, ölkə Ukraynaya dəstək üçün cəmi 1,29 milyard avro ayırıb, neft satışından alınan vergilər isə Rusiya büdcəsinə 2,3 milyard avrodan çox gəlir gətirib.

Qeyd olunur ki, son illər Çexiyanın Rusiya neftindən asılılığı (60 faiz) daha da artıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}