Naxçıvana verilən dotasiya azaldılacaq
Tarix: 16-10-2024 15:00 | Bölmə: İqtisadiyyat
Naxçıvana verilən dotasiya azaldılacaq

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 320,5 milyon manatı və yaxud 0,8 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

Reyting.az
Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 faiz azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 6,1 faizini təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər