İtaliya bankı rusiyalı müştərilərin “ağ siyahı”sını elan edib
Tarix: 17-10-2024 13:26 | Bölmə: İqtisadiyyat
İtaliya bankı rusiyalı müştərilərin “ağ siyahı”sını elan edib

İtaliyanın “UniCredit” bankı Avropa Mərkəzi Bankı (AMB) tərəfindən ödənişləri qadağan olunmayan Rusiya müştərilərinin “ağ siyahısı”nın mövcudluğunu bildirib.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, hansı “ağ siyahı”dan bəhs edildiyini AMB-dən öyrənmək mümkün deyil.

“UniCredit”-in sentyabrın 1-dən etibarən Rusiyadakı müştəriləri ilə müəyyən xarici valyutalarda ödənişlərə məhdudiyyətlər tətbiq etmək üçün tənzimləyicinin tələblərinə əməl edib-etmədiyini öyrənməklə bağlı sorğulara reaksiya verilməyib, eyni zamanda qanunu pozmasına dair iddianı rədd edib.

Xatırladılır ki, “UniCredit” Rusiyadakı biznesini məhdudlaşdırmaq əmrinə görə təxminən dörd aya yaxındır ki, Avropa Mərkəzi Bankını məhkəməyə verir.

Onu da qeyd edək ki, “UniCredit” Rusiya Federasiyasında ikinci ən böyük Qərb bankıdır. 2022-ci ildən o, Rusiya biznesi üçün alıcılar tapmağa çalışır.

İyulun əvvəlində “UniCredit” bankı Avropa Mərkəzi Bankının Rusiyadakı əməliyyatları azaltmaq əmrindən məhkəməyə müraciət edib. May ayında bank AMB-dən Rusiya Federasiyasından vəsaitlərinin çıxarılmasını sürətləndirməyi tələb edən məktub alıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər