13:01 / 18-10-2024
Sabah yağış yağacaq
"Aztelekom"-da rəhbər dəyişikliyi olacaq
Tarix: 18-10-2024 13:59 | Bölmə: İqtisadiyyat
"Aztelekom"-da rəhbər dəyişikliyi olacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan" meqa-layihəsi artıq son mərhələsinə çatır.

Reyting.az
xəbər verir ki, bunu "Aztelekom" MMC-dən bildiriblər.

Qeyd olunur ki, "Aztelekom" ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir.

Məlumata görə, "Aztelekom"un "Onlayn Azərbaycan" layihəsi çərçivəsində gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. Şirkətin baş direktoru vəzifəsini icra edən T. Pirverdiyevin idarəçiliyi altında layihənin əsas mərhələləri planlaşdırılan vaxtdan əvvəl tamamlanaraq təhvil verilib.

T. Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, "Aztelekom"un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}