13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Rayon sakinlərinin diqqətinə: pensiyalar gələn həftə ödəniləcək
Tarix: 21-10-2024 17:59 | Bölmə: İqtisadiyyat
Rayon sakinlərinin diqqətinə: pensiyalar gələn həftə ödəniləcək

Azərbaycanın rayonlarında oktyabrın 20-28-i aralığında pensiyaların ödənilməsi nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i, digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiya ödənişləri isə ayın 20-28-i aralığında nəzərdə tutulub: "Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}