Bələdiyyələr qrant alacaq
Tarix: 22-10-2024 15:19 | Bölmə: İqtisadiyyat
Bələdiyyələr qrant alacaq

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını ilk oxunuşda təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər