Rusiya dollara alternativ axtarır - Putin
Tarix: 23-10-2024 17:39 | Bölmə: İqtisadiyyat
Rusiya dollara alternativ axtarır

“Bu gün dollardan silah kimi istifadə olunur”.

Reyting.az
"Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin Kazanda keçirilən BRİKS sammitin bildirib ki, Rusiya dollardan istifadədən imtina etmir, əksinə, ona alternativlər axtarır.

Onun sözlərinə görə, dollardan silah kimi istifadə “bunu edənlərin böyük səhvidir”. “Dollar hələ də dünya maliyyəsinin ən mühüm alətidir... Biz dollardan əl çəkmirik, onunla mübarizə aparmırıq. Bəs bizə işləməyə icazə verilmirsə, nə etməliyik? Biz başqa alternativlər axtarmağa məcburuq”, - deyə Rusiya prezidenti əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}