İlham Əliyev Yeni İnkişaf Bankının prezidenti ilə görüşüb - Fotolar
Tarix: 23-10-2024 18:30 | Bölmə: İqtisadiyyat
İlham Əliyev Yeni İnkişaf Bankının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev oktyabrın 23-də Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşüb.

Reyting.az
 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}