İldə dörd milyon "Tesla" avtomobili istehsal olunacaq
Tarix: 28-10-2024 16:25 | Bölmə: İqtisadiyyat
İldə dörd milyon "Tesla" avtomobili istehsal olunacaq

Böyük ehtimalla "Tesla" robot taksisi 2026-cı ilə qədər bu sahədə dünya bazarına hakim olacaq. Şirkətin məlumatına görə, ilkin olaraq, "Tesla Cybercab" avtomobillərinin istehsalı ildə iki milyona çatacaq.

Reyting.az
xəbər verir ki, "Tesla" şirkəti öz məhsulu ilə avtonəqliyyat sahəsində çox böyük inqilab etmək iddiasındadır.

"Tesla" 2026-cı ilə qədər öz istehsalı olan avtonom taksi - "Cybercab" avtomobilini bir il ərzində çox sürətlə iki milyon ədədə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, son maliyyə hesabatında “Tesla” şirkətinin sahibi İlon Mask bildirib ki, əslində o, öz strateji xəttini müəyyənləşdirib. Çünki "Tesla" nəinki 2026-cı ilin əvvəlinə qədər genişmiqyaslı istehsal qurmaq, paralel olaraq uğurlar qazanmaqla həmin sahədə nəticə verən maksimum həcmlərə çatmaq niyyətindədir. Mask deyib ki, şirkət yaxın gələcək üçün istehsalı hər il 4 milyon ədədə çatdırmağa hazırdır.

Yeni "Tesla" layihəsi sərfəli, həmçinin çox keyfiyyətli avtonom nəqliyyat yaratmaq məqsədi daşıyan, müştərilərin marağına səbəb olan və çoxdan gözlənilən 25.000 dollarlıq elektrik avtomobilidir. Üstəlik, "Tesla" artıq lider avtonom avtomobil parkının təməlini qurduğuna inanır və bu şirkət hazırda həftə ərzində 35.000-ə qədər avtopilotla işləyən müasir elektrik avtomobili istehsal edir.

"Ark Invest"-in analitikləri bildiriblər ki, "Waymo"-nun 1000-dən də az olan avtomobil parkı ilə müqayisədə "Tesla" çox əhəmiyyətli üstünlük qazanıb.

Yaxın gələcəkdə "Tesla" avtomobil şirkəti tamamilə nəqliyyat bazarının sabitliyini pozacaq qədər fəallaşmaqla, robot taksi sənayesində strateji üstünlük əldə etmək üçün şirkətin istehsalını bir neçə fabriklə genişləndirmək niyyətindədir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər