16:54 / 01-11-2024
“ATV Plus” cərimələnib
İki regional mərkəz və bir idarə bağlanır
Tarix: 31-10-2024 12:47 | Bölmə: İqtisadiyyat
İki regional mərkəz və bir idarə bağlanır

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Bankdan bildiriblər.

Məlumata görə, qərarın qəbulu ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov 90 və Əliyar Əliyev 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcəkdir.

Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankın Bakı, Yevlax, Biləsuvar və Naxçıvan şəhərində yerləşən idarələrinə müraciət edə bilərlər.




Bölməyə aid digər xəbərlər