00:02 / 08-11-2024
Bu gün Zəfər Günüdür
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıb
Tarix: 07-11-2024 10:57 | Bölmə: İqtisadiyyat
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi artıb

Yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2,8 faiz artıb.

Reyting.az
-ın xəbərinə görə, TASS Çinin Gömrük İdarəsinin məlumatlarına istinadla yazır ki, ölkələr arasında ticarət dövriyyəsi artaraq 202,2 milyard dollara çatıb.

Məlumata görə, Rusiyadan tədarüklər 1,1 faiz artaraq 108,7 milyard təşkil edib. Çin 4,7 faiz çox mal tədarük etməyə başlayıb - daşınmalar 94,14 milyard dollara yüksəlib.

Oktyabrda ticarət 21,8 milyard dollar səviyyəsində qalıb ki, bunun da 10,7-si Rusiya, 11-i isə Çin mallarıdır.

Rusiya ixracı əsasən metallar, ağac, dəniz və kənd təsərrüfatı məhsulları ilə yanaşı, enerji resursları (neft, qaz və kömür) hesabına təmin edilir. Çin öz növbəsində avtomobil, kompüter, smartfon, oyuncaq və ayaqqabı tədarük edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər