Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
Tarix: 15-10-2025 17:59 | Bölmə: İqtisadiyyat
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb

"Tesla" şirkətinin baş direktoru İlon Mask "Cybertruck" avtomobillərinin satışını süni şəkildə artırıb. Milyarder iş adamı bunu özünə məxsus şirkətlər vasitəsilə edib.

Reyting.az
-ın "Electrek" nəşrinə istinadla verdiyi məlumata görə, "SpaceX" şirkəti yüzlərlə "Cybertruck" maşını alıb və minlərlə yeni sifariş gözlənilir.

Maskın süni intellekt startapı "xAI" ofislərində də bu avtomobillər müşahidə olunub. Əsl reallıq isə vədlərdən tamamilə uzaq və saxtadır.

Statistikaya görə, 2025-ci ilin üçüncü rübündə cəmi 5385 "Cybertruck" satılıb ki, bu da ötən illə müqayisədə 63 faiz azdır. Avtomobilin ümumi satış həcmi təxminən 16 min ədəd təşkil edib.

Model düz səkkiz dəfə geri çağırılıb, həm də çoxlu texniki qüsurlarına görə tez-tez tənqid edilib. Yüksək qiymətə satılsa da, batareya məsafəsinin az olması və ikinci əl bazarının çökməsi "Cybertruck"-ı çox uğursuz bir layihəyə çevirib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər