Azərbaycan neft məhsullarının ixracını artırıb
Tarix: 16-10-2025 11:15 | Bölmə: İqtisadiyyat
Azərbaycan neft məhsullarının ixracını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 503 min 400,53 ton həcmində neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin xəbərinə görə, bu həcmdə məhsulun dəyəri 273 milyon 775,15 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9 % çox, dəyəri isə 6,7 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,47 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb/Report.




Bölməyə aid digər xəbərlər