17:22 / 28-12-2024
Gürcüstanda zəlzələ olub
Bayram günləri banklar işləyəcək
Tarix: 28-12-2024 15:50 | Bölmə: İqtisadiyyat
Bayram günləri banklar işləyəcək

30 dekabr 2024 – 5 yanvar 2025–ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər