12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
Əfqanıstan-Pakistan qarşıdurmasında çoxsaylı insan ölüb
Tarix: 13-10-2025 12:09 | Bölmə: Dünya
Əfqanıstan-Pakistan qarşıdurmasında çoxsaylı insan ölüb

Pakistanla “Taliban”ın nəzarətində olan Əfqanıstan arasında son həftələr artan gərginlik silahlı qarşıdurmaya çevrilib.

Reyting.az
xəbər verir ki, iki ölkənin sərhəd bölgəsində şiddətli toqquşmalar olub, “Taliban” sərhəddəki əməliyyatlarda 58 Pakistan əsgərinin öldürüldüyünü açıqlayıb.

Onlar bəyan ediblər ki, hücumlar ölkə ərazisinin və hava məkanının pozulmasına görə qisasdır.

Pakistanın təhlükəsizlik mənbələri “Taliban” qüvvələrinin Pakistanın sərhəddəki postlarına hücumlara sərt cavab verdiyini bildirib.

Pakistanın daxili işlər naziri Mohsen Naqv deyib ki, Əfqanıstan qan və od oyunu oynayır: “Əfqanıstan da Hindistan kimi layiq olduğu cavabı alacaq, buna görə də Pakistana bir daha pis niyyətlə baxmağa əsla cəsarət etməyəcək”.

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr bölməsi Əfqanıstan sərhədində baş verən toqquşmalarda 200 “Taliban” qüvvəsinin öldürüldüyünü, 23 Pakistan əsgərinin isə həlak olduğunu bildirib.

Baş nazir Şahbaz Şərif “hər hansı təxribata qəti və təsirli cavab verəcəklərini” bəyan edib və ölkənin müdafiəsi ilə bağlı heç bir güzəşt olmayacağını vurğulayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər