20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda şərab turizmi inkişaf etdirilməlidir
Tarix: 18-08-2019 11:40 | Bölmə: İqtisadiyyat
Azərbaycanda şərab turizmi inkişaf etdirilməlidir

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var.

Reyting.az
xəbər verir ki, bunu Trend-ə Turizm Asossiasiyası sədrinin müşaviri Müzəffər Ağasəlimov deyib.

Onun sözlərinə görə, şərab turizminin Azərbaycanda öz tarixi ənənələri var:

"Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Hələ SSRİ dövründə Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülmüşdü. SSRİ dağılanadan sonra şərab turizm "axsadı". Ona görə ki, artıq üzüm ağacları, tingliklər məhv edilmişdi. Son illərdə isə şərabçılıq yenidən inkişaf etmək üzrədir. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviq aparmalıdır. Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalıdır. Bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir".

M. Ağasəlimovun sözlərinə görə, şərab turizmi ilə Avropa ölkələrinin vətəndaşlarını Azərbaycana turist kimi cəlb etmək olar:

"Avropa ölkələrinin əksəriyyətində bu turizm sahəsinə maraq var. Bir sıra Asiya ölkələri də şərab turizmi çərçivəsində Azərbaycana cəlb oluna bilər. Bunun üçün həmin ölkələrdə təbliğat aparılmalıdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər