20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hökumət Azərbaycana idxal edilən benzinlə bağlı qərar verdi - Dəyişiklik
Tarix: 28-08-2019 02:29 | Bölmə: İqtisadiyyat
Hökumət Azərbaycana idxal edilən benzinlə bağlı qərar verdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər