20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qətər Türkiyədəki 20 milyard dollarlıq investisiyalarını geri çəkir
Tarix: 28-08-2019 11:36 | Bölmə: İqtisadiyyat
Qətər Türkiyədəki 20 milyard dollarlıq investisiyalarını geri çəkir

Qətər, iki ölkə arasındakı yaxın əlaqələrə baxmayaraq, Türkiyədən sərmayələrini çıxarmağa hazırlaşır.

Reyting.az
“Skynewsarabia”-ya istinadla xəbər verir ki, bu, Cümhuriyyət Xalq Partiyası başçısının baş müşaviri Ərdoğan Topkaz tərəfindən hazırlanan hesabatda qeyd olunub.

İqtisadçılar Qətərin Türkiyəyə yatırımlarını təxminən 20 milyard dollar qiymətləndirirlər.

İstanbuldan olan bir millət vəkilinin verdiyi məlumata görə, bu, Qətər Əmiri Tamim bin Həmadın ABŞ prezidenti Donald Trampla görüşü zamanı müzakirə edilib.

Maliyyə, bank, turizm, media və Türkiyə iqtisadiyyatının digər sektorlarına qətərli investisiyaların həcmini nəzərə alsaq, bu, Türkiyənin pisləşən iqtisadiyyatına böyük təsir göstərəcək.

İqtisadçıların fikrincə, son iki ildə valyuta böhranı keçirən Türkiyə kimi iqtisadi cəhətdən problemli bir ölkədə Qətər iqtisadiyyatı artıq böyük investisiyalara risk etmək istəmir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər