20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nəqliyyat nazirləri Soçidə görüşüb
Tarix: 28-08-2019 22:51 | Bölmə: İqtisadiyyat
Nəqliyyat nazirləri Soçidə görüşüb

Rusiya, İran və Azərbaycanın nəqliyyat nazirlikləri Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) fəallaşması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Reyting.az
“Ports Europe”-a istinadla xəbər verir ki, Soçi şəhərində baş tutan görüşdə İranın nəqliyyat və şəhərsalma naziri Məhəmməd Eslami, Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dəhliz və əməliyyat məsələlərini müzakirə ediblər.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) Hindistan, İran, Əfqanıstan, Ermənistan, Azərbaycan, Rusiya, Orta Asiya və Avropa arasında yük daşınması üçün 7,200 km uzunluğunda çoxmodullu gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. Dəhlizin məqsədi Mumbay, Moskva, Bakı, Həştərxan, Tehran, Bandar Abbas və Bandar Anzali kimi böyük şəhərlər arasında ticarət əlaqəsini artırmaqdır.

Dəhlizin məqsədi yalnız üzv ölkələr arasında ticarəti artırmaq deyil, həm də tarif və gömrük rüsumlarını standartlaşdırmaqdır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər