20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AÇG-də yeni platformanın inşası üçün 486 mln. dollarlıq müqavilə imzalanıb
Tarix: 29-08-2019 11:53 | Bölmə: İqtisadiyyat
AÇG-də yeni platformanın inşası üçün 486 mln. dollarlıq müqavilə imzalanıb

"Azfen” birgə müəssisəsi (SOCAR 60%, "Tekfen İnşaat” 40%) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın ("Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək.

Bu barədə "Tekfen Holding” məlumat yayıb.

Bildirilib ki, AÇG-nin operatoru "BP-Exploration” şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.

Məlumata görə, 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, "Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq "Tekfen İnşaat”ın layihədə payı 194,5 mln. dollardır.

Qeyd edək ki, "Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Bu il aprelin 19-da "Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln.barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

"Azfen” 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və "Tekfen İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər