20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Maliyyə Nazirliyinin növbəti hərracı keçirilib
Tarix: 11-09-2019 00:46 | Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyinin növbəti hərracı keçirilib

10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-nin məlumatına görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9%) və 101.28 AZN (6.80%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.366 AZN (7.3%), orta ölçülmüş qiyməti 100.4837 AZN (7.23%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 665 200.00 AZN, yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN olub.

İstiqrazların ödəmə tarixi 07. 09. 2021-dir.

Hərrac iştirakçıları 11 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.(trend)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər