Azərbaycan qaz hasilatın artıracaq - Nazir
Tarix: 19-09-2019 14:06 | Bölmə: İqtisadiyyat
Azərbaycan qaz hasilatın artıracaq

Azərbaycanda 2021-ci ildə 45 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, gələn il ölkədə qaz hasilatının 40,2 mlrd. kubmetr olacağı proqnozlaşdırılır.

“Ötən ilin göstəricisi ilə müqayisədə bu il qaz hasilatının 19% və ya 5,8 mlrd. kubmetr artacağı gözlənilir”, - deyə nazir əlavə edib.

P. Şahbazovun sözlərinə görə, bu ilin 8 ayı ərzində Azərbaycanda 23,1 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 18,8% çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib.(APA)




Bölməyə aid digər xəbərlər