20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hökumət gömrük rüsumlarını azaltmağa hazırlaşır - Ekspert
Tarix: 14-10-2019 11:44 | Bölmə: İqtisadiyyat
Hökumət gömrük rüsumlarını azaltmağa hazırlaşır

“Azərbaycan hökumətində gömrük rüsumlarının ciddi şəkildə azaldılmasına hazırlıqlar gedir”.

Reyting.az
xəbər verir ki, bu barədə “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin (ASİAM) rəhbəri Elçin Bayramlı konfidensial mənbəyə istinadla məlumat yayıb.

Ekspertin sözlərinə görə, idxal üçün Azərbaycandakı hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir, hətta qonşu Gürcüstanla müqayisədə dəfələrlə çoxdur. Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir.

E. Bayramlı bildirib ki, Çindən idxal olunan 1 manatlıq mal Azərbaycandakı gömrük rüsumları, vergi, kargo və s. xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlir. İdxalçı da həmin məhsulu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcbur olur. Bununla da, bir mal istehsal yerindəkinə nisbətən ölkəmizdə 5 dəfə baha başa gəlir.

Hökumət gömrük rüsumlarını azaltmağa hazırlaşır
E. Bayramlı

E. Bayramlı qeyd edib ki, rüsumların azalması ticarət həcminin artması ilə yanaşı sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdırar. Belə ki, aşağı gömrük rüsumları istehsal üçün lazımi texnologiya, avadanlıq və xammalın ölkəyə daha ucuz qiymətə gətirilməsinə səbəb olar ki, bu da ümumi daxili məhsulun artmasına təkan verər: “Bununla həm də yeni iş yerləri, yeni istehsal, xidmət və satış obyekləri açılar. Son nəticədə dövlət büdcəsinin də gəlirlərinin artmasına, işsizliyin azalmasına, ölkədə məhsul bolluğu və ucuzluğun yaranmasına səbəb olar. Bir sözlə, gömrük rüsumları iki dəfə azaldısa, bu, özünü həm iqtisadi inkişafın daha da sürətlənməsində, həm də sosial rifahın xeyli yüksəlməsində göstərə bilər”.

Yerli istehsalın qorunmasına gəldikdə, ASAM sədrinin fikrincə, bu istiqamətdə protektionist siyasətin yürüdülməsi çox vacibdir: “Bu səbəbdən də güzəştlər ölkədə istehsal edilən və daxili bazarı tam və ya xeyli həcmdə təmin edən məhsullara yox, ölkədə istehsalı olmayan və ya istehsalı olub daxili tələbatın çox az hissəsini ödəyən məhsullara tətbiq edilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər