20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bağlanan banklarda əmanəti olanların pulları qaytarılır - Xəbərdarlıq
Tarix: 14-10-2019 18:31 | Bölmə: İqtisadiyyat
Bağlanan banklarda əmanəti olanların pulları qaytarılır

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödəniləcəyi ilə bağlı açıqlama yayıb.

Fonddan Reyting.az-a verilən məlumata görə, “Kapitalbank” ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanacaq.

Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçiriləcək.

Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin aşağıda təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur:




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər