20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qəbələ Qızıl Balıqartırma Zavodu satıldı
Tarix: 15-10-2019 10:37 | Bölmə: İqtisadiyyat
Qəbələ Qızıl Balıqartırma Zavodu satıldı

"Azerbaijan Fish Farm" MMC “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.

Reyting.az
Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bildirir ki, qalib şirkət dövlət büdcəsinə 1,2 milyon manat ödəmək, eləcə də ümumi dəyəri 1,1 milyon manat olan İnvestisiya Proqramı icra etmək, müəssisənin əmək haqqı və sosial sığorta borclarını ödəmək, digər sosial-iqtisadi və ekoloji öhdəlikləri yerinə yetirimək barədə öhdəlik götürüb.

İnvestisiya Proqramına əsasən səhmdar cəmiyyətində hovuz və nohurların yenidən qurulması, əlavə nohurların inşası, su təchizatı sisteminin bərpası, yeni avadanlıqların alınması nəzərdə tutulub. O cümlədən, investisiyalar dövriyyə vəsaitlərinin artırılması, bütün tikili və qurğuların, inzibati binanın əsaslı təmiri, abadlıq və digər işlərin görülməsinə cəlb ediləcək.

Müəssisəyə investisiyaların 2 il ərzində yatırılması, görüləcək işlər nəticəsində 36 iş yerinin yaradılması planlaşdırılır. Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növdə balıqların yetişdirilməsinə şərait yaratmaqla yanaşı, yeyinti sənayesinin inkişafına və əhalinin bu məhsullara olan tələbatının ödənilməsinə xidmət edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər