16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İki universitetdə müəllimlərin maaşı artırıldı
Tarix: 22-10-2019 15:40 | Bölmə: İqtisadiyyat
İki universitetdə müəllimlərin maaşı artırıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, iclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, universitetin əməkdaşlarının sentyabrın 1-dən əmək haqları ortalama 12 faiz artırılır: "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb".

"Əmək haqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında” məlumat verən rektor qeyd edib ki, AzTU Differensial Əmək haqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əmək haqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Bundan başqa, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının da əmək haqları növbəti dəfə artırılıb.

Sumqayıt Dövlət Universiteti bütün əməkdaşlarının əmək haqları orta hesabla 18,5 faiz artırılıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}