20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mərkəzi Bank tədavülə yeni yubiley pul nişanı buraxdı
Tarix: 24-10-2019 16:23 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank tədavülə yeni yubiley pul nişanı buraxdı

2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb.

Bildirilib ki, yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb: "Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.

BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Universitetin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər