Nazirlik: “Hərbiçilərin pensiyaları artımlarla ödənilib”
Tarix: 01-11-2019 15:44 | Bölmə: İqtisadiyyat
Nazirlik: “Hərbiçilərin pensiyaları artımlarla ödənilib”

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb.

Beləliklə, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.

Müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}