20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Fazil Mustafa: “Bələdiyyələrin səlahiyyətini genişləndirməliyik”
Tarix: 12-11-2019 16:27 | Bölmə: İqtisadiyyat
Fazil Mustafa: “Bələdiyyələrin səlahiyyətini genişləndirməliyik”

“Gələn ildən büdcə müzakirələri qaydaları dəyişəcək. Hesab edirəm ki, format da dəyişməlidir. Hər bir nazir yeni strategiya və proqramla parlamentə gəlməli, rəhbərlik etdiyi nazirliyin maliyyəsini arqumentlərlə əsaslandırmalıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa səsləndirib.

F. Mustafanın sözlərinə görə, ötən ilin büdcəsində 232 milyon manat sanksiyalar üzrə daxilolmalar nəzərdə tutulurdu: “Əslində bu, absurd idi. Çünki kimin hansı məbləğdə cərimə ödəyəcəyini öncədən müəyyən etmək mümkün deyildi. 2020-ci ildə həmin rəqəm büdcədən çıxarılıb. Məncə, bu amil 2020-ci il büdcəsində müsbət hadisədir”.

F. Mustafa əlavə edib ki, büdcədən bələdiyyələrə 6 milyon manat ayrılıb: “Amma bələdiyyələrə 30 milyon manat ayrılsa nə olacaq? Hesab edirəm ki, bələdiyyələrin səlahiyyətini genişləndirməliyik ki, dövlət büdcəsindən maliyyələşən quruma çevrilməsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər