00:07 / 20-10-2025
İlham Əliyev Zəngilandan paylaşım edib - Video
00:01 / 20-10-2025
Zəngilanın azad edilməsindən 5 il ötür
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - (Yenilənib)
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

12:43 / 15-10-2025

Müəllim və həkimlərin maaşı artırılacaq - Açıqlamalar
Tarix: 13-12-2019 19:32 | Bölmə: İqtisadiyyat

Gələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir.
Bununla bağlı dekabr ayının 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.
Keçmiş deputat Musa Quliyev isə dekabr ayının 2-də Azərbaycan Televiziyasının "Telesəhər” verilişində bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir:
"2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq.
Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq.
Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əmək haqları, pensiyalar, müavinətlər artacaq”.
Verilişdə açıqlama verən keçmiş deputat Cavid Osmanov isə qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin 50 faizi insanların sosial rifahının yaxşılaşdırılması üçün ayrılıb:
"2020-ci ilin dövlət büdcəsi müstəqil Azərbaycanın dövlət tarixində ən iri həcmli büdcədir. Gələn ilin dövlət büdcəsində vergilərdən yığılan vəsait 8 milyard manata yaxın olacaq. 2020-ci ilin dövlət büdcəsinin 40 faizi, təxminən 10 milyard manat insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib. Bura məcburi köçkünlər və qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara müavinətlərin verilməsi, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasını əlavə etsək, görərik ki, növbəti ilin dövlət büdcəsinin 50 faizi sosial istiqamətdə xərclənəcək”.
Həmçinin gələn il yanvar ayının 1-dən (ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra) həkimlərin də maaşlarının artacağı gözlənilir.
Bu barədə 2019-cu ilin iyul ayında açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirmişdi ki, Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq:
"İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq".
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov dekabr ayının 11-də jurnalistlərə açıqlamasında bildirib ki, yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək:
"Məsələ son razılaşdırma mərhələsindədir. Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun, Vahid Tarif Cədvəlinə əsasən müəyyən olunacaq. Bundan başqa, həvəsləndirici əlavələr də olacaq. Əgər həkim rayon, kənddə işləyirsə, onun yaşadığı yerdən işlədiyi kənd məntəqəsinə qədər məsafə 15-20 kilometrə qədərdirsə, həvəsləndirici əlavə alacaq. Məsafə 20 kilometrdən yuxarıdırsa, ayrı həvəsləndirici əlavə tətbiq olunacaq. Ən əsası isə, həkimin baxdığı xəstə sayına görə də əlavələr olacaq”.
Ş.Eyvazov qeyd edib ki, pilot layihədə 7-8 min manat maaş alan həkimlər olub və bu, onların səhiyyənin qanunlarını aşmadan yüksək xidmət göstərməsi ilə bağlı olub.
Əlavə edək ki, təhsil eksperti Kamran Əsədov gələn ildən müəllimlərin əməkhaqları və tələbələrin təqaüdlərinin artması barədə məlumat paylaşmışdı. O bildirmişdi ki, bunu dövlət büdcəsindən son 5 il ərzində təhsilə ayrılan vəsaitin həcmindəki böyük artımdan açıq şəkildə görmək olar:
"2020-ci il dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Bu vəsait 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. 2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 280 milyon manat, 2018-ci ildə 2.043.989.508 manat, 2017-ci ildə isə 1.859.499.497 manat olub”.
Növbəti ildən müəllimlərin maaşlarının artması barədə isə Təhsil Nazirliyindən rəsmi mövqe bildirilməyib.
Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib. /lent.az
Bölməyə aid digər xəbərlər

17-10-2025, 17:16
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
17-10-2025, 14:47
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
17-10-2025, 14:15
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
17-10-2025, 13:12
Avropada şərab istehlakı azalır
17-10-2025, 12:05
Azərbaycanın xarici dövlət borcu azalıb
17-10-2025, 10:00
Pensiya yaşı artırılacaq? - Açıqlama
17-10-2025, 09:49
İngilislər Qazaxıstana böyük məbləğdə investisiya qoyacaqlar
16-10-2025, 18:48
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
16-10-2025, 15:57
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
16-10-2025, 13:44
Ticarət müharibəsi dolları ucuzlaşdırır
16-10-2025, 11:15
Azərbaycan neft məhsullarının ixracını artırıb
16-10-2025, 09:10
Rusiya Latviyaya sanksiyalarla cavab verəcək
15-10-2025, 17:59
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
15-10-2025, 17:18
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
15-10-2025, 13:34
Dövlət Xidməti işçilərinin sayı artırılıb
15-10-2025, 12:14
Külək turbinlərini süni intellekt idarə edəcək - Foto
14-10-2025, 15:29
Azərbaycanda kərə yağı bahalaşıb
14-10-2025, 15:06
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14-10-2025, 12:10
Dövlət Xidməti 220 min manatlıq çap məhsulları alır
14-10-2025, 10:30
Agentliyə azad edilmiş ərazilərə dair yeni vəzifə həvalə olunub
14-10-2025, 10:11
Azərbaycan-İran-Rusiya birgə İşçi qrupu yaradılacaq
13-10-2025, 18:04
"Sədərək"də reklam qurğuları sökülür
13-10-2025, 16:46
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
13-10-2025, 14:39
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
13-10-2025, 12:08
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
13-10-2025, 11:18
Azərbaycana idxal olunan bioloji aktiv qidada uyğunsuzluq aşkarlanıb
13-10-2025, 09:50
"Lamborghini" elektrik avtomobillərindən imtina edir
13-10-2025, 07:47
Tramp şirkətləri 770 milyard dollar zərərlə üzləşdirib
10-10-2025, 09:55
Dubaydan Bakıya gətirilən brilyant qaşlar gömrükdən buraxılmayıb
10-10-2025, 09:18
Ən çox şikayət edilən bank hansıdır? - Mərkəzi Bankdan açıqlama
9-10-2025, 17:50
Bəzi ölkələrdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyulub
9-10-2025, 12:57
Əli Əsədov yeni qərar imzalayıb
9-10-2025, 12:39
"Azərikart"ın lisenziyası məhdudlaşdırılıb
9-10-2025, 07:43
Rusiyada benzin qıtlığı 20 faizə çatıb
8-10-2025, 12:01
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
8-10-2025, 10:45
Yüzlərlə MMC yaradaraq qanunsuzluq edən şəxsə hökm oxunub
8-10-2025, 10:28
Əmək müqavilələrini "mygov"da da imzalamaq mümkün olacaq
8-10-2025, 09:29
AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8-10-2025, 07:36
Süni intellekt sahəsində böhran gözlənilir
7-10-2025, 11:20
Qızılın qiyməti sürətlə yeni rekorda yaxınlaşır
7-10-2025, 10:05
Lukaşenko Belarusda qiymət artımlarını qadağan edib
6-10-2025, 12:11
Dövlət büdcəsinin gəlirləri artıb - 675,2 milyon manat
6-10-2025, 11:07
Gəncədəki köhnə avtobuslar Bakıda istifadə olunur
6-10-2025, 10:39
Baş nazir əmək pensiyaları ilə bağlı qərar imzalayıb
6-10-2025, 10:13
DİN bank kartları ilə bağlı əhaliyə növbəti xəbərdarlığı edib
6-10-2025, 08:01
“OPEC+” neft hasilatını artıracaq
4-10-2025, 12:04
İlham Əliyev iki bankla bağlı fərman imzalayıb
4-10-2025, 10:05
Azərbaycanda mənzillər bahalaşır - Səbəb