20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Böyük Britaniya Azərbaycana investisiya qoymaq istəyir
Tarix: 26-02-2020 17:38 | Bölmə: İqtisadiyyat
Böyük Britaniya Azərbaycana investisiya qoymaq istəyir

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Nikolson fevralın 27-də Azərbaycana gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatda deyilir ki, ticarət elçisinin “Cənub” qaz dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı görüşündə iştirakı nəzərdə tutulub.

“Bu, Böyük Britaniya ilə Azərbaycanın enerji sektorundakı əməkdaşlığının yüksək səviyyədə olmasını göstərir. Baronessa Nikolson həmçinin bildirib ki, Böyük Britaniya Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya qoymağa hazırdır”.

Məlumatda qeyd olunur ki, Böyük Britaniya Azərbaycanın böyük günəş, külək və hidroenerji potensialını artırmaq üçün öz təcrübəsini bölüşməyə və investisiya ayırmaq istəyir.

Nikolson Azərbaycanın yüksək vəzifəli rəsmi şəxsləri, Brtitaniya işğüzar dairələrinin nümayəndələri ilə görüşəcək, Birgə və Sağlam Autizm Mərkəzinə baş çəkəcək.

Baronessa Nikolson səfərdən öncə bildirib ki, iki ölkə arasında energetika, iqtisadiyyat və mədəniyyət də daxil olmaqla, bütün sahələrdə sıx ikitərəfli tərəfdaşlıq mövcuddur. Noyabrda Böyük Britaniya Qlazqoda iqlim dəyişikliyi konfransına ev sahibliyi edəcək.

London 2050-ci ilə qədər karbon qazı tullantılarını sıfıra çatdırmağı öhdəsinə götürüb və daha yaşıl gələcək naminə digər ölkələri birlikdə işləməyə çağırır.

Nikolson bildirib ki, Prezident İlham Əliyev artıq Azərbaycanın bərpa olunan enerjini mənimsəmək əzmini açıq şəkildə bildirib. “Azərbaycanın Qlazqoda hansı iddialı öhdəlikləri üzərinə götürəcəyi ilə bağlı müzakirəni səbirsizliklə gözləyirəm”, - Nikolson vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər